RUSİYA

Çavuşoğlu və Lavrov üç mövzunu müzakirə ediblər

Nazirləyin telefon danışığı zamanı Türkiyədə saxlanılan Rusiyanın "NTV" telekanalının jurnalistləri, Dağlıq Qarabağ və Ukrayna ilə bağlı mövzular müzakirə edilib. 
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Türkiyə və Rusiyanın xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib. 

Məlumata görə, telefon danışığı zamanı Türkiyədə saxlanılan "NTV" telekanalının jurnalistləri, Dağlıq Qarabağ və Ukrayna ilə bağlı mövzular müzakirə edilib.