BAKI, 4 dekabr — Sputnik. "Emmanuel Makron Fransanın başına bəladır. Makronla Fransa çox təhlükəli dövr yaşayır. Ümid edirəm ki, Fransa tez bir zamanda Makron bəlasından qurtulacaq. əks halda "sarı jiletlilərdən" qurtula bilməyəcək. Sarı jiletlilər daha sonra qırmız jiletlilərə çevrilə bilər".
Sputnik Azərbaycan "Hurriyet"-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Əziz qardaşım İlham Əliyevin fransızlara bir tövsiyəsi oldu. "Erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər" dedi. Eyni tövsiyəni mən də verirəm. Qarabağ Azərbaycanlı qardaşlarımızın torpağıdır. 28 ildir ki, oralar işğal altında idi. ABŞ, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul edirdi. Azərbaycanlı qardaşlarımız öz göbəklərini özləri kəsdi. Xeyirli olsun deyirik. Çərşənbə axşamı nəsib olarsa oradakı tədbirlərə həyat yoldaşımla qatılacağam", - deyə Ərdoğan bildirib.