BAKI, 2 dekabr — Sputnik. Ermənistanın əsirlərin qaytarılması prosesində "hamının hamıya" prinsipini tətbiq etməyi təklif edir. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşü zamanı bildirib.
"Bundan əlavə, heç bir ilkin şərt olmadan yeni əsrlərin geri qaytarılması mexanizmi də təklif olunur", - deyə Avinyan qeyd edib.
O, həmçinin Qarabağda hərbi əməliyyatların dayandırılması və atəşkəs rejiminin bərqərar olmasına görə Rusiya tərəfinə təşəkkür edib.
Görüş zamanı tərəflər girovların qaytarılması, itkin düşənlərin axtarışı və ölənlərin cəsədlərinin axtarışı ilə bağlı məsələləri də müzakirə ediblər.