RUSİYA

Rus silahı: 2020-ci ilin ilkin yekunları

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqəli qlobal iqtisadi böhran Rusiya Federasiyasında Silahların İnkişafına dair Dövlət Proqramını (DSP-2020) və bu ölkənin beynəlxalq silah bazarındakı mövqeyini sarsıtmadı.
Sputnik

BAKI, 1 dekabr — Sputnik. Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiyanın müdafiə sənayesi kompleksi və RF Müdafiə Nazirliyinin yenidən silahlanma proqramı son bir ildə qlobal problemlər və təhdidlər fonunda, iqtisadi təlatümlər şəraitində yüksək sabitlik nümayiş etdirdi.

2020-ci ildə koronavirus pandemiyası ilə əlaqəli qlobal iqtisadi böhran Rusiya Federasiyasında Silahların İnkişafına dair Dövlət Proqramını (DSP-2020) və bu ölkənin beynəlxalq silah bazarındakı mövqeyini sarsıtmadı. Əksinə, rus qoşunları üçün silah tədarükü keçən illə müqayisədə 11% artdı.

"S-300"lər, "Elbrus"lar, 300-dən çox tank – Əliyev ermənilərin məhv edilən texnikası haqda

"Rosoboronexport" xarici müştərilərə 10 milyard dollarlıq hərbi məhsul çatdırdı, sifariş həcmini təxminən 50 milyard dollar səviyyəsində saxladı və 9 milyard dollarlıq yeni müqavilələr imzaladı.

Rusiya silahlanma yarışına qatılmadan 2019-cu ildən bəri ordunun və donanmanın yenidən təchiz edilməsinə 1,5 trilyon rubldan çox pul xərclədi ki, bu vəsaitin də 70% -i müasir istehsal nümunələrinə xərclənir. İl ərzində qoşunlar 2300-dən çox yeni silah növü ilə təchiz olundu.

Rus donanması 35 sualtı qayıqla, yerüstü gəmilərlə tamamlandı – təkcə Baltik Donanması altı yeni raket gəmisi aldı. Hava Hücumundan Müdafiə qüvvələrində isə artım - "Triumf" S-400 zenit raket komleksinin dörd alay dəsti və "Pantsir" zenit raket və top sisteminin altı bölmə dəstindən ibarətdir.

DSP-2020-nin tətbiq olunduğu dövr ərzində müasir silahların səviyyəsi orduda və donanmada 70%, strateji nüvə qüvvələrində 83%, Aerokosmik Qüvvələrdə isə 75%-ə çatdırıldı.

Beləliklə, ümumilikdə 2011-2020-ci illər üçün Rusiya Federasiyasında Silahların İnkişafına dair Dövlət Proqramı tam həyata keçirildi ki, nəticədə də qoşunlar yeni və müasir növ silah və texnika ilə təchiz olundu.

Proses davam edir, yeni ildə qoşunlar 3400 vahiddən çox yeni hərbi texnika alacaq - 2022-ci ilin əvvəlinə qədər ən son silahlarla daimi hazırlıq hissələrinin təchizatı 71%-i ötəcək.

Problemlər məngənəsində

Rusiyaya qarşı sanksiyalar və Qərb "tərəfdaşları"nın haqsız rəqabəti ilə yanaşı, pandemiya da Rusiyanın silah ixracatı üçün böyük problem halına gəldi. Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə qlobal silah ticarətində ümumilikdə 10% səviyyəsində azalma proqnozlaşdırılır, lakin Rusiya liderliyini qoruyub saxlayır. Dünya silah bazarının təxminən üçdə birini Rus silahları (ABŞ-dan sonra ikinci) təşkil edir.

Hər nə qədər hərbi-texniki əməkdaşlıq haqqında məlumatlar məxfi xarakter daşısa da, Rusiya ilə Türkiyənin S-400 hava müdafiə sistemlərinin tədarükü üçün ikinci bir müqavilə imzaladığı, Misirdən 500 ədəd T-90MS tank sifarişinin alındığı və xarici bir müştəri ilə çoxməqsədli Mi-38T helikopterlərinin tədarükü barədə razılaşma əldə edildiyi məlumdur.

Hindistan Miq-29 və Su-30 rus qırıcılarına 2 milyard dollar xərcləməyə hazırdır. Beşinci nəsil Su-57E qırıcıları, təkmilləşdirilmiş Mi-28NE helikopterləri və Ka-52K gəmi əsaslı helikopterləri də yüksək ixrac potensialına malikdir. S-300V4 "Antey-4000" S-300V4 zenit raket kompleksi və "Armata" seriyasından olan zirehli maşınlara tələbat da az deyil.

Rusiyanın bu sahədəki gələcək liderliyinin miqyasını anlamaq üçün bir faktı qeyd etmək lazımdır ki, bu ölkənin silah ixracatının təxminən 45%-i aviasiyanın payına düşür. 2020-2023-cü illərdə çoxməqsədli qırıcıların dünya ixracat həcmi 110,7 milyard dollar, döyüş helikopterlərinin isə 65,3 milyard dollar olaraq qiymətləndirilir.

Azərbaycan Hərbi Hava Qüvvələri Rusiya qırıcılarını seçir: Su-35, yoxsa MiQ-35?

Yüksək texnologiyalar cəbhə xəttində

Başa çatmaqda olan il rus silahlarının kəmiyyət (kütləvi istehsal) və keyfiyyət (döyüş istifadəsi) sıçrayışı ilə əlamətdar oldu. Buna bir neçə parlaq nümunəni xronoloji ardıcıllıqla nəzərinizə çatdıraq.

Müasir və çoxyönlü Ka-52 "Alliqator" kəşfiyyat və hücum helikopteri Suriyada döyüş şəraitində sınaqdan keçirildi. Bu helikopter göyərtəsində 2,8 ton ağırlığında arsenal daşımaq qabiliyyətinə malikdir və hazırda 100 kilometrə qədər (dünyada bu baxımdan analoqu yoxdur) qanadlı raketlər üzərində "sınaqdan keçirilir". Rusiya Aerokosmik Qüvvələrinin sərəncamında təxminən 140 ədəd belə helikopter var.

"Pantsir" zenit-raket komplesi 2020-ci ildə ilk dəfə dövrün tələbinə uyğun olaraq hərbi gəminin göyərtəsinə "qədəm basdı".

Hava hədəflərinin sürət və dağıdıcılıq imkanları durmadan artır, ölçüləri və nəzərə çarpa qabiliyyəti isə azalır. Bahalı S-300 və ya S-400 raketlərini ucuz Pilotsuz Uçuş Aparatlarına xərcləmək məntiqsizdir. Kompakt sistem bütün hava hədəflərini optimal şəkildə aradan qaldırmağa qadirdir.

Rusiya Aerokosmik Qüvvələri Leninqrad vilayətində ilk dəfə yeni "Vityaz" S-350 zenit-raket kompleksinin döyüş istismarına başladı. Bu bu silah Qərb strateji istiqamətində hava müdafiəsini gücləndirmək üçün keyfiyyətli bir sıçrayış əldə etməyə imkan verir. Bölmədə hər birində 12 raket olan 12 qurğu mövcuddur. Ümumilikdə 1728 raket avtomatik rejimdə sürətli və dəqiq şəkildə 120 kilometrdən çox məsafədə və 30 kilometrə qədər yüksəklikdəki hava hədəflərini darmadağın etməyə hazırdır.

S-500 "Prometey" zenit raket sisteminin sınaqları tamamlanmaq üzrədir. Sınaq müddəti ərzində raket 553 kilometr rekord məsafədə hədəfi vurub.

2020-ci ildə Rusiya Hərbi Dəniz Donanması son 28 ildə ilk dəfə altı sualtı qayıq alıb: dörd nüvə - 955A və 885M və iki dizel-elektrik - 636,3 və 677.

""Su-35" və "MiQ-35"in Azərbaycana tədarükü hava məkanında üstünlüyümüzü artıracaq"

Dördüncü nəsl 10 strateji sualtı kreyseri (üç "Borey" və yeddi "Borey-A") yaxın onilliklər ərzində Rusiya nüvə üçlüyünün dəniz əsasını təşkil edəcək və maksimum 8000 kilometr məsafədə ən azı 160 "Bulava raketini" daşıyacaq.

Rusiya sürətlə Dünya Okeanının istənilən yerində ölkənin maraqlarını müdafiə edə biləcək yeni bir sualtı donanma yaratmaqdadır.

Beşinci nəsil Su-57 qırıcılarının seriya istehsalına başlanıldı. Bu ən yeni döyüş təyyarəsi 400 kilometrə qədər olan məsafədə hava və yerdəki hədəfləri aşkarlaya, 62 obyektə qədər izləyə və hədəf təyinatlarını digər təyyarələrə, məsələn, zərbə PUA-larına ötürə bilir. İlk partiyaya RF Müdafiə Nazirliyi üçün 76 qırıcı daxildir; gələcəkdə isə üç Su-57 hava alayı Rusiya Aerokosmik Qüvvələrinin döyüş qabiliyyətinin davamlı artırılmasını təmin edəcək.

Planetin hər iki qütbündən keçə bilən yeni qitələrarası ballistik raket "Sarmat" Strateji Təyinatlı Raket Birləşmələrində xidmətə başlamazdan əvvəl son sınaqlardan keçdi. Əsas fərq, yeni qitələrarası ballistik raketdən Yu-71 tipli hipersəs blokları ilə birgə yüksək dəqiqliyə malik nüvə silahı kimi istifadə etmək imkanıdır. Blokun kinetik enerjisi atmosferdə təxminən 15 Max sürətlə ərazini radioaktiv çirklənməyə məruz qoymadan nüvə zərbəsi endirməyə qadirdir.

Nüvə energetika qurğularına malik "Poseydon" sualtı aparatının sınaqları onun unikal xüsusiyyətlərini və praktik olaraq məhdudiyyətsiz məsafədə insansız üzmə qabiliyyətini təsdiqlədi. Bu, 1000 metr dərinlikdə, 10 min kilometrə qədər məsafədə, saatda 185 km sürətlə hərəkət edə bilən strateji qitələrarası sualtı dəniz cihazıdır. 24 metr uzunluğundakı cihaz şərti və ya meqatonlu termonüvə sursatı ilə təchiz oluna bilər və strateji sualtı bazalarını, düşmənin sahil infrastrukturunu məhv etmək üçün nəzərdə tutulub.

Rusiyanın "S-300"-ü göydə partladı – VİDEO

Rusiya dünyanın heç bir ölkəsində analoqu olmayan yüksək dəqiqliyə malik silah - "Zirkon" hipersəsli raketinin sınaqlarını da uğurla başa vurmaqdadır.

Oktyabr ayında "Sovet İttifaqı Donanmasının Admiralı Qorşkov" freqatından Ağ dənizdə suya salınan "Zirkon" 4,5-ci dəqiqədə 450 km məsafədə Barents dənizindəki hədəfi vurdu və Rusiya Federasiyasının Arktika sərhədlərinin və Şimal dəniz yolunun müdafiəsinin etibarlılığını təsdiqlədi. Sürəti 8 Maxı keçdi, maksimum uçuş hündürlüyü isə 28 kilometrə çatdı. Layihə sürəti 9 Maxa qədər və uçuş məsafəsi 1000 kilometrdən çox olan raketləri əhatə edir.

Rusiya Müdafiə Nazirliyi qoşunları "Uran-6" minatəmizləmə robotları ilə təchiz etmək qərarına gəlib. Bu çoxfunksiyalı robot texnologiyası minalanmış yerlərdə keçidlərin açılması və geniş ərazilərin minalardan təmizlənməsi üçün nəzərdə tutulub. Qeyd edək ki, bu minatəmizləmə kompleksi əvvəllər Suriyada sınaqdan keçirilib.