HADİSƏ

Xəzərdə zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla 21.11.2020-ci il tarixində saat 02:59-da qeydə alınıb.
Sputnik

BAKI, 21 noyabr — Sputnik. Bu gün gecə saatlarında Xəzər dənizində zəlzələ qeydə alınıb.

Sputnik Azərbaycan Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla 21.11.2020-ci il tarixində saat 02:59-da qeydə alınıb.

Qeyd edək ki, dərinliyi 14 km, maqnitudası 3 olan zəlzələ hiss olunmayıb.