QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə Müdafiə Nazirliyi: Can Azərbaycanın yanında olmağa davam edəcəyik

Qəhrəman Azərbaycan Ordusu Qarabağda əldə etdiyi zəfər sonrası razılaşma əsasında Ağdama daxil oldu.
Sputnik

BAKI, 20 noyabr — Sputnik. Qəhrəman Azərbaycan Ordusu Qarabağda əldə etdiyi zəfər sonrası razılaşma əsasında Ağdama daxil oldu. Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirdiyi postda bildirib.

"Qəhrəman Azərbaycan Ordusu Qarabağda əldə etdiyi zəfər sonrası razılaşma əsasında Ağdama daxil oldu. Azərbaycan 30 il sonra işğala uğramış torpaqlarına qovuşur. Qarşımızdakı zamanda da Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir millət – iki dövlət", - deyə məlumatda qeyd olunur.