FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Virusun ikinci gəlişi: Avropa şəhərlərində vəziyyət necədir - Fotolent

Sputnik

Dünyada koronavirusa yoluxanların sayı artıq 56 milyon nəfəri keçib. Onlardan dörddə biri Avropanın payına düşür. Burada son zamanlar COVİD-19 virusunun ikinci dalğası yaşanır. Fransa, Böyük Britaniya, İtaliya və Almaniya kimi ölkələrdə gündəlik artım on minlərlə insan təşkil edir. Fransada bir gün ərzində 60 486 nəfər koronavirusa yoluxub ki, bu da ölkə üçün pandemiya başlayandan rekord rəqəmdir.

Bəs hökümətlər epidemiyanın yeni dalğası ilə necə mübarizə aparırlar? Yunanıstanda sms-icazə, Fransada - komendant saatı, Polşa və bir sıra digər ölkələrdə ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib.

Lakin Avropa sakinlərinin məhdudiyətlər xoşuna gəlmir. Qitənin bəzi şəhərlərində lokdaun və karantin qaydalarına qarşı etirazlar keçirilir, polislərlə toqquşmalar baş verir. Ekspertlər yeni iqtisadi böhranın da proqnozunu verirlər. Qarşıdan Yeni il gəlir. Bu ərəfədə mağazalar, restoranlar, aviaşirkətlərin gəlriləri bir neçə dəfə artır. Lakin lokdaunlar bundan sonra da uzadılsa biznesmenlər ili zərərlə baş vuracaq.

1 / 14
Parisdə Razılıq meydanında Fransa polisi motosikl sürücüsünün sənədlərini yoxlayır.
2 / 14
Londonda Şaftsberi fontanını təmizləyən işçi.
3 / 14
Praqada bağlanmış restoran qarşısında dizi üstə çökmüş dilənçi.
4 / 14
Tibbi maskada olan kişi Praqada Karl körpüsündə.
5 / 14
Afinada qoruyucu maskada olan qadın Adrian kitabxanasında arxeoloji qazıntıların aparıldığı yerin yaxınlığından keçir, Yunanıstan.
6 / 14
Afinada prezident qvardiyasının əsgərləri lokdaun zamanı Naməlum əsgərin məzarı qarşısında növbə çəkirlər.
7 / 14
Vyanada hökümətin koronavirusla əlaqədar elan etdiyi lokdaun zamanı küçə ilə gedən qadın, Avstriya.
8 / 14
Vyanada lokdaun dövründə bağlanmış kafe.
9 / 14
İnsanlar Barselonada pulsuz yemək növbəsində.
10 / 14
Madridin mərkəzində Don Kixotun heykəli.
11 / 14
Milanın mərkəzində Duomo kafedralının qarşısında İtaliya ordusunun əsgərləri və polislər.
12 / 14
İnsanlar Londonun mərkəzində Hayd-parkda.
13 / 14
Parisdə Konkord və ya Razılıq meydanı və Milli Şuranın binasına mənzərə.
14 / 14
Milanın mərkəzində boş küçə.