Sergey İvanovun başçılıq edəcəyi rusiyalı hakimlər briqadası Millətlər Liqasının Azərbaycan və Monteneqro yığmaları arasında keçiriləcək oyununu idarə edəcək. Bu barədə Rusiya Futbol İttifaqının saytında məlumat verilir.
C liqasının 1 qrupunun qarşılaşması noyabrın 14-də neytral meydançada, Xorvatiyanın Zapreşiçe şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
İvanova laynsmenlər Roman Usaçov və Valeri Dançenko, həmçinin ehtiyat hakim Kirilli Levnikov kömək edəcəklər.