RUSİYA

Rusiya XIN vertolyot insidentinə münasibət bildirdi

Azərbaycan XİN-in Rusiyanın hərbi Mİ-24 vertolyotunun vurulması ilə nəticələnmiş insidentlə bağlı bəyanatına dair bildiririk ki, Bakının dərhal öz günahını etiraf etməsi faktını müsbət qiymətləndiririk.
Sputnik

BAKI, 10 noyabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyi bu ölkəyə məxsus vertolyotun Ermənistan ərazisində Azərbaycan tərəfindən vurulması məsələsinə münasibət bildirib.

"Azərbaycan XİN-in Rusiyanın hərbi Mİ-24 vertolyotunun vurulması ilə nəticələnmiş insidentlə bağlı bəyanatına dair bildiririk ki, Bakının dərhal öz günahını etiraf etməsi faktını müsbət qiymətləndiririk. Həmçinin Azərbaycan tərəfinin bu insidentin operativ araşdırılmasının aparılacağına və təqsirkarların cəzalandırılacağına dair bizə verdiyi sözü də vurğulayırıq" - Rusiya XİN-in bəyanatında bildirilir.

Bəyanat Rusiya xarici siyasət idarəsinin Telegram və Facebook-dakı rəsmi səhifələrində yayılıb.

Rusiya XIN vertolyot insidentinə münasibət bildirdi