QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan ordusunun tərkibində qanunsuz döyüşən muzdlular əsir kimi qaytarıla bilməz

"Həmin muzdlular Azərbaycan tərəfindən məhkəmə qarşısına çıxarılmalıdırlar. Onlar Azərbaycan qanunları ilə ömürlük həbs edilməlidirlər"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 10 noyabr — Sputnik. "Ermənistan ordusunun tərkibində qanunsuz döyüşən muzdlular Azərbaycan qanunvericiliyi ilə məsuliyyətə cəlb olunmalıdırlar".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.

O deyib ki, Azərbaycan ərazisinə qeyri-qanuni gəlmiş və Ermənistan ordusunun tərkibində döyüşmüş muzdlu əsirlər heç bir halda geri qaytarıla bilməz:

"Azərbaycan tərəfi bu şəxslərlə bağlı çox sərt şəkildə tələb qoymalıdır. Həmin muzdlular Azərbaycan tərəfindən məhkəmə qarşısına çıxarılmalıdırlar. Bu şəxslər cinayət törədiblər. Onlar Azərbaycan qanunları ilə ömürlük həbs edilməlidirlər. O muzdlular heç bir halda əsirlər sırasında geri qaytarıla bilməz!"