QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Separatçılardan rəsmi Xankəndi və Şuşa etirafları

Dağlıq Qarabağdakı erməni separatçıları və işğalçı qüvvələr Xankəndinin azad olunmasına mane olmaq üçün bütün səylərini cəmləmək fikrindədirlər.
Sputnik

BAKI, 9 noyabr - Sputnik. Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanın sözçüsü Vaqram Poqosyan Şuşa şəhərinə nəzarəti tamamilə itirdiklərini etiraf edib.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadla məlumat verir.

"Düşmən Stepanakert (Xankəndi) ətrafındadır və artıq paytaxtın mövcudluğu təhlükə altındadır. Əgər Şuşanın yenidən bizim olmasını, Arsaxın (Qarabağdakı qondarma qurumu nəzərdə tutur - red.) qalmağını istəyiriksə, Xankəndinin və cəbhənin digər istiqamətlərinin etibarlı müdafiəsini təşkil etmək üçün bütün səylərimizi cəmləməliyik", - Poqosyan sosial şəbəkədə yazıb.

Bir müddət əvvəl Poqosyan Şuşanın artıq ermənilərin nəzarətində olmadığını etiraf etmişdi.