QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir"

Bu gün xalqa müraciətində Prezident İlham Əliyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyini bəyan edib.
Sputnik

BAKI, 8 noyabr - Sputnik. Ermənistan tərəfi Şuşa döyüşlərindəki uğursuzluğunu ört-basdır etmək və öz cəmiyyətini sakitləşdirmək məqsədilə guya Şuşaya yenidən nəzarəti ələ keçirmək barədə dezinformasiya yayır.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Bəyan edirik ki, Azərbaycan Ordusu Şuşa şəhərinə tam nəzarət edir" - məlumatda deyilir.