İDMAN

Azad olunmuş rayonların təmsilçiləri Region Liqasında çıxış edəcəklər

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən assosiasiyanın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində mübarizə aparacaqlar.
Sputnik

BAKI, 8 noyabr - Sputnik. İşğaldan azad olunmuş rayonların təmsilçiləri futbol üzrə Region Liqasında çıxış edəcəklər.

Sputnik Azərbaycan bu barədə AFFA-nın rəsmi saytına istinadla məlumat verir.

​​​​​​​Bildirilib ki, Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən, AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandalar növbəti mövsümdən etibarən assosiasiyanın təşkilatçılığı ilə keçirilən Region Liqası turnirində mübarizə aparacaqlar.