CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oktyabrda nikah bağlamaq istəyənlər 5 mindən çox olub

157 nəfərdə talassemiya daşıyıcılığı, hesabat dövründə 9 nəfərdə İİV, 49 nəfərdə sifilis aşkarlanıb.
Sputnik

BAKI, 6 noyabr — Sputnik. 2020-ci ilin oktyabr ayı ərzində nikah öncəsi müayinə məqsədilə 5326 nəfərdən qan nümunələri götürülüb. Milli Hematologiya və Transfuziologiya Mərkəzindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq belə bildirilib.

Qeyd olunub ki, götürülən qan nümunələrinə əsasən, 157 nəfərdə talassemiya daşıyıcılığı, hesabat dövründə 9 nəfərdə İİV, 49 nəfərdə sifilis aşkarlanıb.