CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qarabağ" azarkeşlərini üçüncü dəfə üzdü

Ağdam klubu Avropa Liqasının qrup mərhələsində, III turun matçında Türkiyədə "Sivasspor"un qonağı olub
Sputnik

BAKI, 5 noyabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.

Sputnik Azərbaycan bildirir ki, Ağdam klubu Avropa Liqasının qrup mərhələsində, III turun matçında Türkiyədə "Sivasspor"un qonağı olub.

Oyunda iki qol vurulub və onların hər ikisini ev sahibi öz hesabına yazıb.

Qeyd edək ki, bunadək İsralin "Makkabi" (Tel-Əviv), İspaniyanın "Vilyarreal" klubları ilə görüşən komandamız hər iki oyunda uduzub - 0:1 və 1:3.

Avropa Liqası
İ qrupu, III tur
5 noyabr
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) - 2:0
Qollar: Caner Osmanpaşa (11`), Olarenvayu Kayode (88`)
Baş hakim: Sandro Şarer (İsveçrə).
Sivas. “4 Eylül” stadionu.