QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mərmi yağışı altında: Ağdamlılar soğan yığmaq üçün sahələrinə geri dönüblər – video

Behbudovlar ailəsi müharibə başlayandan sonra evlərini, sahələrini tərk etməli olub. Azərbaycan ordusu irəlilədikcə onlar da ürəklənib qayıdıb, yarım qalmış məhsul yığımı ilə məşğul olmağa başlayıblar. Daha ətraflı – videomuzda.
Sputnik

Ağdamın yaşayış məntəqələri hər gün intensiv atəşə tutulur. Rayon əhalisi hər gün top mərmisinin səsinə oyanır, dağıntı səsinə yuxuya gedir.

Təki vətən sağ olsun: Ağdamın cəbhə kəndlərinin pambıq yığımı

Bir vaxtlar ermənilərin işğal etdiyi Ağdamın Mərzili kəndini tərk etməli olan Behbudovlar ailəsi daha sonra Ağdamın Ergi düzündə məskunlaşıb və kənd təsərrüfatı ilə məşğul olmağa davam edib.

Bu il Behbudovlar 2 hektardan çox torpaqda soğan becəriblər. Amma Ermənistan SQ-nin Ağdamın yaşayış məntəqələrini atəşə tutmağa başlaması ilə onlar məhsul yığımını yarımçıq qoymalı olublar. Azərbaycan əsgəri cəbhə xətti boyu irəlilədikcə onlar da evlərinə geri qayıdıb və yarımçıq qoyduqları təsərrüfatla məşğul olmağa başlayıblar.

27 ilin həsrəti: Vəli Qocayev Zəngilana Qaz 53-də geri dönəcəyi günü gözləyir – video >>

Ailənin becərdiyi soğanın, demək olar ki, yarısından çoxu yığım vaxtı gecikdiyindən zay olub. Bundan başqa, həm pandemiya, həm cəbhə xəttindəki əməliyyatlara görə məhsul yığmağa gələn işçilərin sayı az olub, fermerlərin məhsuluna tələbat da azalıb.

Amma təsərrüfat işçiləri bundan heyfsilənmədiklərini deyiblər. Onların ən böyük arzusu, işğal altındakı torpaqların tezliklə azad edildiyini görmək və nəhayət bir vaxtlar tərk etdiyi Mərzili kəndinə geri dönməkdir.