29 yaşlı Rəşad Şəfiyev Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının xilasetmə briqadasının hərbi qulluqçusu olub. Ermənistan SQ həm onun doğma Gəncə şəhərini, daha sonra Bərdə şəhərini ballistik raketlərdən atəşə tutduğu zaman, yorulmaq bilmədən Vətən uğrunda çalışıb.
Son dəfə Bərdəyə raket atılması nəticəsində Şəfiyev xidməti vəzifəsini yerinə yetirərkən başından qəlpə yarası alaraq dünyasını dəyişib.
Anası Hicran Mahmudova Rəşadın həmişə ürəyində vətən sevgisi ilə yaşadığını etiraf edib. Şəhid geridə bir qız, bir oğlan övladını qoyub və bir vaxtlar atası kimi Vətən uğrunda canını fəda edib.
2020-ci il oktyabrın 28-i saat 13 radələrində Ermənistanın silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-ə yaxın şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Oktyabrın 27-də saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Nəticədə rayonun Qarayusifli kəndində 5 mülki şəxs həyatını itirib, 13 nəfər ağır şəkildə yaralanıb.
Ermənistan dinc sakinlərə qarşı “Smerç” tipli raketlərdən istifadə edib.