VİDEO

Həkim Bərdə xəstəxanasındakı yaralıların vəziyyəti barədə məlumat verib – video

Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi ermənilərin kasetli raket hücumu nəticəsində xəsarət alan mülki şəxslərin vəziyyəti barədə danışıb. Daha ətraflı – video materialda.
Sputnik

Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini kasetli raketlərdən atəşə tutması nəticəsində biri azyaşlı olmaqla, dörd nəfər həlak olub, Qarayusifli kəndinin 2 sakini yaralanıb.

Dərhal evə qaçdım, amma artıq gec idi - Erməni hücumu nəticəsində həlak olan Aysunun atası

Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkimi Zaur Əliyev Sputnik Azərbaycan-ın bölgə müxbirinə əməliyyat olunan yaralıların vəziyyəti barədə məlumat verib.

Qeyd edək ki, partlayış nəticəsində həlak olan yeddi yaşlı Aysu İsgəndərovanın 3 yaşlı bacısı Tahirə İsgəndərova da xəsarət alıb.

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO >>

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.