QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Yanğınsöndürənlərimiz Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır - Hacıyev

Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdurXoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdurXoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. "Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz "Twitter" hesabında yazıb.

"Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycanın Daşkəsən rayonuna hücum ediblər Meşədə yanğın başlayıb. Yanğınsöndürənlər yanğını söndürmək və Ermənistanın ekoloji terrorunu minimuma endirməyə çalışır. Xoşbəxtlikdən, dinc əhali arasında itkilər yoxdur", - deyə Hikmət Hacıyev bildirib.