QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ermənistan Tərtər şəhəri və rayonun kəndlərini dayanmadan atəşə tutur

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri Tərtər şəhərini və rayonun kəndləri yenidən atəşə tutur.
Sputnik

BAKI, 26 oktyabr - Sputnik. Tərtər şəhərini və rayonun kəndləri yeni humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri tərəfindən yenidən atəşə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bu gün ərzində Azərbaycanın Müdafiə Nazirliyi dinc əhalinin yaşadığı və hərbi əməliyyatların getmədiyi Tərtər şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə atəşə tutulduğunu bəyan edib.