QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Qoşunlarımız hazırda cəbhədə hərbi əməliyyat şəraitinə tam nəzarət edir - MN

Anar Eyvazov: "Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir, qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Azərbaycan Ordusunun zəfər yürüşü davam edir".
Sputnik

BAKI, 23 oktyabr - Sputnik. Ötən sutka ərzində Ermənistanın vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdləri iflasa uğrayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib. 

O, Prezident İlham Əliyevin "Twitter" səhifəsində yazdığı kimi, daha 13 kəndin işğaldan azad olunduğunu qeyd edib:

"Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir, qoşunlarımız əməliyyat şəraitinə tam olaraq nəzarət edir".

"Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Qələbə bizimlədir!", - Eyvazov əlavə edib.