Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqandırılır

Tbilisi teleqülləsi ənənəvi olaraq dost və tərəfdaş ölkələrin müstəqillik və ya digər əlamətdar günləri münasibətilə həmin ölkələrin bayraqlarının rəngləri ilə işıqlandırılır
Sputnik

BAKI, 18 oktyabr - Sputnik. Gürcüstanın paytaxtı Tbilisinin əsas simvollarından biri olan televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Sputnik Gürcüstan xəbər verir ki, teleqüllə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə axşam saatlarından etibarən göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb.

Tbilisi meriyasından bildirilib ki, bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir: "Tbilisi teleqülləsi ənənəvi olaraq dost və tərəfdaş ölkələrin müstəqillik və ya digər əlamətdar günləri münasibətilə həmin ölkələrin bayraqlarının rəngləri ilə işıqlandırılır".