“Səhiyyə nazirinin əmrinə əsasən, xüsusi əhali qruplarının vaksinasiyası aparılacaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova bildirib.
“Vaksinasiya kampaniyasının bir ay müddətində keçirilməsi nəzərdə tutulub. Kampaniya gələn həftədən başlayacaq. Bu müddət ərzində peyvənd alan insanlar üçün vaksinasiya pulsuzdur. Qeyd edim ki, mövsümi qripə qarşı peyvənd könüllüdür. Artıq peyvənd vaksin preparatları ölkəyə gətirilib. Kampaniyanın keçirilməsinə tam hazırıq”, – deyə o bildirib.
Nəzifə Mürsəlovanın fikirlərinə audiofaylda qulaq asa bilərsiniz