İDMAN

Xorvatiya İsveçə qalib gəldi

Oyunda hesabı 32-ci dəqiqədə Moskvanın MOİK klubunda çıxış edən xorvat əsilli yarımmüdafiəçi Nikola Vlaşiç açıb
Sputnik

Futbol üzrə Xorvatiya millisi Millətlər Liqasının A liqasında İsveçə qalib gəlib.

3 qrupunun oyunu Zaqrebdə baş tutub. Oyun 2:1 hesabi ilə xorvatların xeyrinə bitib. Qolları Xorvatiyadan Moskva MOİK-inin yarımmüdafiəçisi Nikola Vlaşiç (32`) və Andrey Kramarin (84`), İsveçdən isə “Krasnodar”ın forvardı Markus Berq (66`) vurublar.

Üç xalı olan xorvatlar qrupda üçüncü, xalsız isveçlilər dördüncü yeri tuturlar.

A liqasında digər oyunda Bosniya-Herseqovina Niderlandla qolsuz sülhə razılaşıb – 0:0.