Millətlər Liqasının qrup mərhələsində Belçikanı qonaq edən İngiltərə ona qalib gəlib.
A Liqasının 2 qrupunun oyunu Londonda baş tutub və 2:1 hesabı ilə yekunlaşıb. 16-cı dəqiqədə Romelu Lukakunun penaltidən vurduğu qola ev sahibləri Markus Reşfordun (39` penalti) və Meyson Mauntun (65`) dəqiq zərbələri ilə cavab veriblər.
Üç turdan sonra 7 xal toplayan İngiltərə millisi qrup lideridir. Belçika 6 xalla ikincidir.