İDMAN

Fransa ilə Portuqaliya qol vura bilmədilər

Hazırkı dünya və hazırkı Avropa çempionları olan komandalar qarşılaşmada güclünü müəyyən edə bilməyiblər
Sputnik

Millətlər Liqasının A Liqasında Fransa və Portuqaliya milliləri heç-heçə oynayıblar.

3 qrupunun üçüncü turunun “Stad de Frans”da keçirilən oyununda hesab açılmayıb – 0:0. 7 xalı olan portuqallar qrup lideridirlər, bərabər xala malik fransızlar ikinci, 3 xal yığan xorvatlar üçüncü, xalsız isveçlilər isə dördüncüdürlər.

A Liqasının 1 qrupunda Polşa Qdanskda italyanlarla heç-heçə oynayıb – 0-0.

Qrupda vəziyyət: 1. İtaliya (5), 2. Niderland (4), 3. Polşa (4), 4. Bosniya və Herseqovina (2).