QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Bərdə və Tərtəri atəşə tutan "Qrad" məhv edildi

Hikmət Hacıyev: Xeyli sayda günahsız insanın həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb.
Sputnik

BAKI, 8 oktyabr — Sputnik. Azərbaycanın Bərdə və Tərtər şəhərlərini, həmçinin mülki insanlari atəşə tutan Ermənistanın "Qrad" yaylım atəşli reaktiv sistemi dəqiq zərbə ilə məhv edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter" hesabında yazıb.

" Xeyli sayda günahsız insanın həyatı xilas edilib və mülki infrastruktura mümkün zərərin qarşısı alınıb", - deyə Hikmət Hacıyev qeyd edib.