BAKI, 8 oktyabr - Sputnik. BMT-nin sabiq Baş katibi Butros Butros-Qalinin xanımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub yazıb.
Bu barədə Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən məlumat verir.
Məktubda deyilir:
"Zati-aliləri cənab Prezident.
Azərbaycan xalqı ilə həmrəy olduğumu bildirir, mərhum Butros Butros-Qalinin Azərbaycana səfərini, Prezident Heydər Əliyevlə görüşlərini və onun sülhün təşviq olunması istiqamətindəki səylərini xatırlayıram.
O, Azərbaycanı və Prezident Heydər Əliyevi çox sevirdi".
Milliyyətcə qibti olan misirli Butros Butros-Qali 1992-1996-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi olub.