BAKI, 6 oktyabr - Sputnik. Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan ordusuna məxsus bu hərbi anbarda külli miqdarda müxtəlif sursat növləri saxlanılırdı.
Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 4-də Ballıca ilə bağlı qarşı tərəfə xəbərdarlıq etmişdi. Bildirilmişdi ki, Xankəndi şəhərindən şimalda, Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulur. Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, bu prosesin hələ də davam etidiyi deyilmiş, Ermənistana növbəti dəfə Ballıcada yerləşən düşmən mövqelərinə qarşı adekvat tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdi.