QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Hikmət Hacıyev: "Marketin hansısa bir hərbi önəmi ola bilərmi?" - VİDEO

Hikmət Hacıyev bildirib ki, bu cür raket zərbələri mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edilir: "Azərbaycanın mülki əhalisinə qarşı terrorizm davam etməkdədir"
Sputnik

BAKI, 5 oktyabr — Sputnik. "Erməni silahlı qüvvələri Gəncənin mərkəzi mağazasını bombalayıb. Marketin hansısa bir hərbi önəmi ola bilərmi"? Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev özünün Twitter-dəki hesabında məlumat paylaşıb.

O bildirib ki, bu cür raket zərbələri mülki əhali arasında kütləvi itkilərə səbəb olmaq məqsədi ilə edilir: "Azərbaycanın mülki əhalisinə qarşı terrorizm davam etməkdədir".

​Qeyd edək ki, bu gün səhərdən Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulur. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququnun normalarını kobudcasına pozaraq, döyüş bölgəsindən tam kənarda yerləşən ikinci böyük şəhərimizi oktyabrın 4-də də atəşə tutub. Raket zərbələri nəticəsində 1 mülki şəxs həlak olub, daha 32 nəfər yaralanıb. Şəhərə, mülki obyektlərə və  tarixi binalara böyük ziyan dəyib.