QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müzəffər ordumuz daha bir neçə kəndimizi işğaldan azad etdi

Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib
Sputnik

BAKI, 5 oktyabr - Sputnik. Azərbaycan Ordusu daha bir neçə kəndimizi düşmən işğalından azad edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşıb.

"Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxalıağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!", - deyə paylaşımda bildirilib.