BAKI, 4 oktyabr - Sputnik. “Hərbi vəziyyət rejimi ilə əlaqədar Bakı şəhərində saat 21:00-dan tətbiq olunan komendant saatı müddətində yaşayış yerlərinizi tərk etməmək tələb olunur”.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakıda Post Patrul Xidməti (PPX) avtomobilindən əhaliyə edilən müraciətdə qeyd olunub.
“Əks halda qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqsınız. Müqəddəs borcunuzun yerinə yetirilməsində həmrəylik nümayiş etdirib dövlət orqanlarına dəstək olun” deyə, bildirilib.