QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Nazir: "Ermənistandan Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır"

Dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülür.
Sputnik

BAKI, 4 oktyabr - Sputnik. "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülür.