BAKI, 4 oktyabr - Sputnik. "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, dəfələrlə edilən xəbərdarlığa məhəl qoymayan düşmənə qarşı Azərbaycan Ordusu tərəfindən cəza tədbirləri görülür.