BAKI, 3 oktyabr - Sputnik. Madagizi işğaldan azad edən 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənov AzTV-yə açıqlama verib.
Sputnik Azərbaycan bildirir ki, o, Azərbaycan Ordusunun hədəfinin tək Suqovuşan (Madagiz) olmadığını deyib: "Hədəfimiz ərazi bütövlüyümüzün tam bərpa olunmasıdır".
Həmin açıqlamanı təqdim edirik:
Qeyd edək ki, bir qədər əvvəl Prezident Azərbaycan ordusunun Madagizdə (Suqovuşan) Azərbaycan bayrağını qaldırması barədə tvit paylaşmışdı.
Sonra dövlətimizin başçısı 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin (Suqovuşan) işğaldan azad olunması münasibətilə təbrik edib.
Həmçinin Prezident 2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa etdiyini, bundan sonra Suqovuşan adlandırılacağını bəyan edib.