QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Mayk Pompeo Qarabağ haqda: “Hər iki tərəf geri çəkilsin”

"İstəyirik ki, hər iki tərəf geri çəkilsin. Hər iki ölkənin liderləri ilə danışaraq, onları buna çağırmışıq"
Sputnik

BAKI, 2 oktyabr - Sputnik. ABŞ-ın Dövlət katibi Mayk Pompeo Qarabağ münaqişəsinin tərəflərini barışığa, kənar qüvvələri isə işə qarışmamağa səsləyib.

“Biz münaqişənin beynəlxalq xarakter almasına  qarşıyıq. Hesab edirik ki, xarici qüvvələr ondan kənarda durmalıdır. Biz atəşin dayandırılmasına səsləyirik. İstəyirik ki, hər iki tərəf geri çəkilsin. Hər iki ölkənin liderləri ilə danışaraq, onları buna çağırmışıq”, - Mayk Pompeo Fox News-a müsahibəsində deyib.

“Ümid edirik ki, yaxın günlərdə onlar zorakılığın etnik və siyasi münaqişələri həll etmədiyinin, başqa, üçüncü ölkələrin onlara qoşulmasının problemi dərinləşdirməsinin şahidi olacaqar”, - Dövlət katibi əlavə edib.