Bu gün Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununa çıxıb.
Sputnik Azərbaycan bildirir ki, Çempionlar Liqasının III təsnifat mərhələsində Norveçin “Mölde” klubuna penaltilər hesabına 5:6 uduzan Ağdam klubu Avropa Liqasının pley-offunda Polşanın "Legiya" klubu ilə qarşılaşıb.
Varşavanın Ordu stadionunda keçən oyunda hesab ikinci yarı başlayar-başlamaz açılıb. Qurban Qurbanovun yetirmələri rəqibin qapısından üç cavabsız qol keçirərək Avropa Liqasının qrup mərhələsinə adlamağı bacarıblar.
Oyunu qaçıran azarkeşlər bu möhtəşəm qarşılaşmanın kadrlarını Sputnik Azərbaycan-ın fotolentində izləyə bilərlər.