CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Erməni və yunan hakerlərin saytlarımıza hücumlarının qarşısı alınıb

Gecə saat 1-2 radələrində həmin saytlara DDoS hücum cəhdləri edilsə də, hər birinin qarşısı uğurla alınıb.
Sputnik

BAKI, 2 oktyabr — Sputnik. Erməni və yunan haker qruplarının yaydığı 83 dövlət saytına uğurlu hücum cəhdləri həqiqətə uyğun deyil.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gecə saat 1-2 radələrində həmin saytlara DDoS hücum cəhdləri edilsə də, hər birinin qarşısı uğurla alınıb.