BAKI, 30 sentyabr — Sputnik. "Hazırda "Məktəblinin dostu" layihəsinin əməkdaşları arasında döyüşlər üçün cəbhəyə yollanlar var".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə danışıb.
O qeyd edib ki, qanunda müəllimlərin əvəz edilməsi prosedurları var. Belə ki, öz iradəsindən asılı olmadan dərslərdə iştirak etməyən müəllimlər əvəz edilir: "Onların arasında səfərbərliyə cəlb olunma olarsa, həmin müəllimlər əvəz ediləcək. Hazırda 65 yaşından yuxarı olan müəllimlər var ki, onlar da dərslərdə iştirak edə bilmirlər. Onlar da maaşları saxlanılmaqla əvəz edilirlər".