CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çıxdı buz üstə qoçaq – dörd idmançımız Moskvada parlamaq niyyətindədir

Moskva Qran-Prisindən əvvəl azərbaycanlı fiquristlər oktyabrda Minskdə keçirilməsi planlaşdırılan beynəlxalq turnirə də qatıla bilərlər
Sputnik

BAKI, 17 sentyabr — Sputnik, Teymur Tuşiyev. Dörd azərbaycanlı fiqurlu konkisürən bu ilin noyabrında keçirilməsi planlaşdırılan Moskva Qran-Prisinə qatıla bilər.

Bu barədə Sputnik Azərbaycan-a  Azərbaycan Qış Odman Növləri Federasiyasının vitse-prezidenti Fuad Quliyev məlumat verib.

O qeyd edib ki, Beynəlxalq Konkisürmə Birliyi (ISU) Rusiyada yaşayan əcnəbi fiquristlərə Moskva Qran-Prisində iştirak etməyə icazə verib. Qran-Prinin noyabrın 20-22-də baş tutacağı gözlənilir. Yekaterina RyabovaVladimir Litvintsevdən savayı, Moskva turnirində həmçinin Azərbaycanın rəqs cütlüyü Yuliya Əliyeva - Artur Biktimirov çıxış edə bilər.

“Əliyeva ilə Biktimirovun iştirakı hələ sual altındadır, çünki onlar yuxarı yaş kateqoriyasına hələ təzə keçiblər. Bu səbəbdən onların Qran-Pri seriyasından olan turnirlərdə iştirak etmək üçün reytinqləri yoxdur. Ancaq iştirakçıların sayı az olarsa, onları da Moskvada buz üstünə dəvət edə bilərlər”, - Quliyev deyib.

Vitse-prezident onu da qeyd edib ki, Moskva Qran-Prisinin keçirilməsi də koronavirus pandemiyasına görə hələ sual altındadır.  

Bildirək ki, Moskva Qran-Prisindən əvvəl azərbaycanlı fiquristlər oktyabrda Minskdə keçirilməsi planlaşdırılan beynəlxalq turnirə də qatıla bilərlər. Minsk turniri baş tutarsa, o, koronavirus pandemiyası başlayandan bəri azərbaycanlı fiquristlər üçün ilk beynəlxalq yarış ola bilər.