CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Qalatasaray” üçün Bakıda “sarı-qırmızı” jest – FOTO

Avropa Liqasının təsnifat mərhələsində “Neftçi”-“Qalatasaray” qarşılaşması sentyabrın 17-də saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq
Sputnik

BAKI, 16 sentyabr — Sputnik, Teymur Tuşiyev. İstanbulun “Qalatasaray” futbol klubu Avropa Liqasının təsnifat mərhələsində Bakının “Neftçi” komandası ilə qarşılaşmaq üçün bu gün paytaxtımıza gəlib.

Sputnik Azərbaycan bildirir ki, aeroportda komandanı gül-çiçəklə qarşılayıblar.

Türkiyə nəhəngi Azərbaycana çarter reysi ilə gəlib. Heydər Əliyev adına hava limanının işçiləri “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimə qırmızı və sarı çiçəklərdən ibarət gül dəstəsi təqdim ediblər. Bundan sonra İstanbul klubunun heyəti (20 futbolçu və 23 rəsmi şəxs) otelə yollanıb. Saat 18:00-dakı mətbuat konfransından sonra komanda 18:30-da Bakı Olimpiya Stadionunda məşqə çıxacaq.

Xatırladaq ki, Avropa Liqasının təsnifat mərhələsində “Neftçi”-“Qalatasaray” qarşılaşması sentyabrın 17-də saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.

Bakıya gəlməmişdən əvvəl Fatih Terimin yetirmələri Türkiyə Superliqasında “Qaziantep”i 3:1 hesabı ilə məğlub ediblər. Radamel Falkao həmin oyunda dubl və əla ötürməylə yadda qalıb. Forvardın Bakıda da oynayacağı bildirilir.