CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağacdan dərib boşqaba tökdük: Əncir mürəbbəsi necə bişirilir – videoresept

Qış aylarında ən sevilən mürəbbələrdən biri əncir mürəbbəsidir. Siyəzənli evdar xanımlar onun ağacdan dərimindən tutmuş ocaqda bişməsinə qədər hazırlanma prosesini bizimlə bölüşüblər. Daha ətraflı videomuzda.
Sputnik

Siyəzən rayon Böyük Həmyə kənd sakini Sevinc BədəlovaSputnik Azərbaycan-a əncir mürəbbəsinin hazırlanma qaydasını nümayiş etdirib. Onun sözlərinə görə, əncir əsasən səhər tezdən tər halında dərilməlidir, çünki əncir sutka ərzində xarab ola bilər. 

Mürəbbə üçün bir kiloqram təzə dərilmiş əncir yuyulub soyulduqdan sonra, üzərinə bir kiloqram şəkər tozu və bir stəkan su əlavə edib, suyu çıxandan sonra ocaqda bişirilir.

Möcüzəvi bitkidən hazırlanan müalicəvi mürəbbə>>

Əncir mürəbbəsi iki üsulla – qabıqlı və qabıqsız bişirilə bilər. Bu, yalnız insanların öz zövqü və ağız dadından asılıdır.