CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qapılar da açılsaydı: onlar ilk turistləri qarşılamağa hazırdırlar – video

Balaxanılılar qəsəbədə baş verən yenilik və dəyişikliklərdən o qədər ilhamlanıblar ki, özləri də bərpa işlərində yaxından iştirak edirlər. Keramika ustalarının buna necə nail olduqlarını videomuzda izləyin.
Sputnik

Sputnik Azərbaycan ən qədim Bakı kəndlərindən biri olan Balaxanıya baş çəkib və oranın görkəminin necə dəyişdiyinin şahidi olub. Burada qəsəbənin bütün tarixi boyu görmədiyi bərpa və yenidənqurma üzrə işlər aparılır.

Köhnə Balaxanının yeni həyatı: Bakı kəndi tamamilə dəyişib – VİDEO

Bütün dəyişikliklər yerli əhalinin ürəyincə olub. Yerli istedadlar – dörd rəssam evlərin görkəminə rəng qatır, Balaxanının yaradıcı mərkəzində isə iş dayanmaq bilmir. Ustalar öz abidələrini qəsəbənin mərkəzi küçələrində sərgiləyir və gələcək ilk turistlər üçün suvenirlər hazırlamaqla məşğuldurlar. Əslən bu qəsəbədən olan heykəltəraş Emin Ələkbərov isə böyük layihə - qədim qəsəbənin girişində sərgilənəcək abidə üzərində çalışır.

“Neft buruqlarının əhatəsində qədim kəndi bildirmək istəyirəm. İş prosesi tamamlananda, yəqin, daha fərqli görünəcək. Bu abidə xüsusilə çöldə qoyulmaq üçün hazırlanır, belə ki, o, soyuğa, qara-yağışa dözümlüdür”, - deyə o, bizimlə bölüşüb.

Qabardılmış cizgilər, tanınan tipajlar: Lənkəranın yeganə keramika ustası>>

Xatırladaq ki, gələcək planlarda qədim kəndi populyar turist məntəqəsinə çevirmək, burada yüzə yaxın kiçik müəssisə açmaq var. Bu isə öz növbəsində sənətkarlığın, xalçaçılığın, dulusçuluğun, milli kostyum, suvenir, keramika, musiqi alətləri, milli şirniyyatların hazırlanmasının inkişafına təkan verəcək.