BAKI, 9 sentyabr - Sputnik. Hücumçu Kriştianu Ronaldo Portuqaliya milisində vurduğu qol sayında 100 səddini arxada qoyub.
Apasport.az saytının məlumatına görə, 35 yaşlı hücumçu Millətlər Liqasının İsveçlə səfər matçında dubla imza atıb.
2:0 hesablı qələbə zamanı vurulan ilk top yığmada 100-cü, ikinci isə 101-ci qol olub.
Bununla da Ronaldo futbol tarixinə millidəki qol sayında 100-ü fəth edən ikinci oyunçu kimi düşüb.
Portuqaliyalı yalnız İran yığmasının sabiq forvardı milliyyətcə azərbaycanlı olan Əli Daeidən geri qalır. Soydaşımızın aktivində 109 qol var.