İDMAN

Azərbaycan millisi səfərdə qələbə qazandı

Azərbaycan yığması UEFA Millətlər Liqasının C liqasında keçirdiyi iki oyundan sonra 3 xal toplayıb.
Sputnik

BAKI, 9 sentyabr - Sputnik. UEFA Millətlər Liqasında daha 9 oyun keçirilib. C liqasının I qrupunda yarışan Azərbaycan millisi səfərdə Kiprlə rastlaşıb.

Görüş 1:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Yeganə qolu 30-cu dəqiqədə Maksim Medvedev vurub.

Qrupun digər oyununda Monteneqro səfərdə Lüksemburqa qalib gəlib - 1:0.