İDMAN

İdman şərhçisi: “De Byazi start heyətdə çox ciddi səhvlərə yol vermişdi”

İdman şərhçisi Ceyhun Rzayev deyir ki, millimizin ilk oyunda uduzması, daha doğrusu, nümayiş etdirdiyi məzmunsuz oyun azarkeşlərə pis təsir edib
Sputnik

Azərbaycan yığması UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə ilk oyununda məğlub olub. Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakı Olimpiya Stadionunda Lüksemburqu qəbul edib və 1:2 hesabı ilə uduzub.

İdman şərhçisi Ceyhun RzayevSputnik Azərbaycan-a deyir ki, yeni baş məşqçinin gəlişi yeni ümidlər yaradıb:

“Ancaq millimizin ilk oyunda uduzması, daha doğrusu nümayiş etdirdiyi məzmunsuz oyun azarkeşlərə pis təsir etdi. Oyunun bu cür nəticələnməsinin bir neçə səbəbi var. Əsas səbəblərdən biri odur ki, baş məşqçi meydana buraxdığı start heyətdə çox ciddi səhvlərə yol vermişdi. Bu da rüsvayçı məğlubiyyətlə nəticələndi. Növbəti oyundan gözləntim isə  De Byazinin meydana normal heyət buraxması və millimizin ən azından məğlub olmamasıdır”.

Ceyhun Rzayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz