Bakıya və rayonlara gediş-gəliş açıldı

Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minib. Lakin şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir.
Sputnik

BAKI, 8 sentyabr — Sputnik. Bu gündən  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb. 

Sputnik Azərbaycan-ın məlumatında bildirilir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib. Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minib. Lakin şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir.