İDMAN

Oğrunu döyən qızı UFC-yə işə götürdülər - VİDEO

Oğrunu döyən qızın işdən çıxarılması UFC-nin rəhbəri Dana Uaytı əsəbiləşdirib və o, Sammer Tapasaya iş təklif edib
Sputnik

BAKI, 3 sentyabr — Sputnik. Qarışıq döyüş çempionatının (UFC) rəhbəri Dana Uayt bildirib ki, sosial şəbəkələrdə ulduza çevrilmiş mühafizəçi qadını işə götürüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Dana Uayt öz "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, "BestBuy" mağazasında çalışan 24 yaşlı Sammer Tapasa televizor oğurlamağa çalışan şəxsin qarşısını sərt şəkildə alıb. Qız bir neçə dəfə oğrunu itələyib, oğrunun saxlanılmasına dair görüntülər sosial şəbəkədə yayımlanıb. Hadisə 2019-cu ilin dekabrında baş verib. Daha sonra Tapasa işdən çıxarılıb.

Onun işdən çıxarılması Uaytı əsəbiləşdirib və o, yanvarda Sammer Tapasaya iş təklif edib. Tapasa buna razılıq verib.