CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yeni şəhidlərimiz olmasın" - Polad Həşimovun portretini yaradan rəssam - VİDEO

Azərbaycan Rəssamlar İttifaqının üzvü Ülkər Əbülfət yaradıcılığının böyük hissəsini vətənpərvərlik mövzusuna həsr edib. Onun Polad Həşimova həsr edilmiş son əsərinin zər ilə necə ərsəyə gətirildiyini videomuzda izləyin.
Sputnik

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Ordusunun birinci Tank taborunun Fəxri üzvü Ülkər Əbülfət bu günə qədər 600-dan artıq şəhid portreti yaradıb. Son vaxtlar isə o, portretlərini tamamilə yeni üsulla çəkir – yapışqan və zərlə.

Şəhid olmuş general-mayor və polkovnik himn sədaları altında dəfn ediliblər

Rəssam etiraf edib ki, bu cür portretlər yağlı boya ilə müqayisədə tez başa gəlsə də, digər tərəfdən təhlükəli ola bilər. Çünki yapışqan vaxtından tez quruya, zər yapışmaya bilər.

Ülkər Əbülfətin məqsədi Azərbaycan həqiqətlərini ictimaiyyətə çatdırmaq, Vətən uğrunda canını fəda etmiş şəhidlərin ruhunu əbədiləşdirməkdir.

“Bu mövzunu işləmək mənə həqiqətən çox çətindir. Gecələr də yata bilmirəm, o gözlər mənə baxır. Əgər mənə dözmək bu qədər çətindirsə, valideyn üçün bu daha da ağırdır”, - deyə rəssam bizimlə bölüşüb.

Vətənpərvər rəssamın ən böyük arzusu isə portretini çəkmək üçün bundan sonra yeni şəhidlərin olmamasıdır.