SƏHİYYƏ

Avropanın ən qocaman siyasətçilərindən biri koronavirusa yoluxub

Berluskoninin mətbuat xidməti onun partiya lideri olaraq sentyabrın 20-21-də keçiriləcək regional və inzibati seçkilərə hazırlığını davam etdirdiyini bildirib.
Sputnik

BAKI, 2 sentyabr – Sputnik. İtaliyanın keçmiş baş naziri, Avropa Parlamentinin deputatı, 84 yaşlı Silvio Berluskoni koronavirus testinin cavabı müsbət çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə onun şəxsi həkimi Alberto Dzanqrillo məlumat verib.

Həkimin sözlərinə görə, Berluskoninin xəstəliyi simptomsuz keçir, siyasətçi evdə təcrid olunub. Həmçinin qeyd olunur ki, “İrəli, İtaliya” partiyasının lideri Sardiniya səfərindən qayıtdıqdan sonra koronavirus testini verib.

Berluskoninin mətbuat xidməti onun partiya lideri olaraq sentyabrın 20-21-də keçiriləcək regional və inzibati seçkilərə hazırlığını davam etdirdiyini bildirib.